Əsas Səhifə > Güney Press / Partiya > "İctimai şuralar həmin o rəsmi qurumların sözünü deyir..."
"İctimai şuralar həmin o rəsmi qurumların sözünü deyir..."Bu gün, 06:50 |
|
Sumqayıt şəhərində 12 min abonentin suyu kəsilib. Sumqayıt Sukanal İdarəsindən "Report"un yerli bürosuna bildirilib ki, şəhər əhalisinin bir hissəsini içməli su ilə təmin edən magistral su kəmərində aparılan təmir-tikinti işləri ilə əlaqədar aprelin 22-də saat 21:00-dan etibarən səhər saatlarınadək suyun verilişi dayandırılacaq. Bildirilib ki, fasilə 48, 50, 51, 53-cü məhəllələri, 16 və 17-ci mikrorayonların beşmərtəbəli binaları, 18-ci mikrorayon, eləcə də Corat qəsəbəsinin bəzi hissələrini - ümumilikdə 12 minə yaxın abonenti əhatə edəcək. Təmir işləri başa çatdıqdan sonra suyun verilişi mərhələli şəkildə bərpa olunacaq. Axşam saatlarından etibarən içməli suyun verilməsi dayandırılacaqsa, bəs əhalinin suya olan tələbatı necə ödənəcək? Yəqin maşınlarla su daşınacaq. Təmir işləri görülməlidir, amma məsələ, əhalini su ilə təmin etməkdir. Neftçilərin Hüquqlarının Müdafiəsi İctimai Birliyinin sədri Mirvari Qəhrəmanlı “Sherg.az”a açıqlamasında qeyd etdi ki, baş verən fəsadların hamısının arxasında korrupsiya amili dayanır: - Sumqayıta içməli su Ceyranbatan su anbarından verilir. Bir müddət əvvəl Ceyranbatanla bağlı da məsələ qaldırıldı, problemlər olduğu deyildi. Əvvəlki illərdə qeyri-hökumət təşkilatları, koalisiyalar var idi, hansı ki iri layihələrin monitorinqini aparırdılar. Məsələn, Böyük şəhərlərin su təchizatı layihəsi Asiya İnkişaf Bankı tərəfindən maliyyələşdirilirdi. Biz Neft Fondunun vəsaiti ilə Oğuz-Qəbələ-Bakı, Samur-Abşeron kanalının, beynəlxalq maliyyə institutlarının dəstəyi ilə neft kəmərlərinin monitorinqini aparmışıq. Amma Ceyranbatanla əlaqədar qaldırılan problemləri araşdıran, monitorinq aparan olmadı. Vəziyyət belədir ki, hazırda demək olar hər bir rəsmi qurumun yanında ictimai şuralar fəaliyyət göstərir. İctimai Şuraların olması yaxşıdır, müsbət haldır, əgər problemlərin işıqlandırılmasına və həllinə nail olunarsa. Amma ictimai şuralar həmin o rəsmi qurumların sözünü deyir. Halbuki çatışmazlıqları üzə çıxarmalıdırlar. Müstəqil yoxlamalar, ictimai nəzarət, monitorinq, qiymətləndirmə aparılmırsa, hələ çox fəsadlar üzə çıxacaq. Sadəcə, baxımsızlıqdır, yoxlasalar hansı qurumlar tenderlərdə iştirak edirlər, hansı layihələr həyata keçirilir, gerçıklik üzə çıxar. Əvvəllər dövlət qurumları mətbuat konfransları keçirirdi, açıqlama verirdilər. İndi belə hal yoxdur. İdarəetmənin ən yaxşı üsulu şəffaflıqdır, icitmaiyyətlə işləməkdir. Bunlar yoxdursa, problemlər həllini tapmaq əvəzinə, daha dərinləşəcək. Geri qayıt |