Əsas Səhifə > Güney Press > Kür çayı bu rayonda bəndi uçurdu

Kür çayı bu rayonda bəndi uçurdu


Bu gün, 11:27

Kür çayının Ağcabədi rayonu ərazisindən keçən hissəsində bənd uçub.

"DİA-AZ" Teleqraf-a istinadla xəbər verir ki, son günlər yağan aramsız yağışlar Kürdə suyun səviyyəsini qaldırıb.

Nəticədə çayın Ağcabədi rayonunun Nəcəfqulubəyli kəndi ərazisindən keçən hissəsində, Qarqarçayın Kürə birləşdiyi ərazidə bənd yarılıb.

Hadisə ilə bağlı aidiyyəti qurumlara məlumat verilib.

Ərazidə vəziyyət nəzarətdə saxlanılır.


Geri qayıt