Əsas Səhifə > Güney Press > MİDA-nın direktoruna yeni müavin təyin olundu

MİDA-nın direktoruna yeni müavin təyin olundu


Bu gün, 17:41

Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyətinə yeni direktor müavini təyin olunub.

"DİA-AZ" bildirir ki, iqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı müvafiq əmr imzalanıb.

Əmrə əsasən, bu vəzifəyə Rüfət Yaqublu təyinat alıb. O, bu təyinatdan əvvəl Agentliyin Beynəlxalq əlaqələr və strateji planlaşdırma şöbəsinin müdiri vəzifəsində çalışıb.

Məlumat üçün bildirək ki, Agentliyin Beynəlxalq əlaqələr və strateji planlaşdırma şöbəsinin müdiri vəzifəsinə isə Toğrul Hüseynov təyin olunub. O isə bundan əvvəl həmin şöbədə müdir müavini işləyib.

Xatırladaq ki, bir müddət əvvəl “MİDA” MMC-nin direktor müavini Cəmşid Əmirov vəzifəsindən azad edilərək Agentliyin aparat rəhbəri vəzifəsinə təyin olunub. Şöhrət Süleymanlı isə Agentliyin Beynəlxalq əlaqələr və strateji planlaşdırma şöbəsinin müdir müavini vəzifəsinə təyin edilib.


Geri qayıt