Əsas Səhifə > Güney Press > ABŞ müharibə istəsə, biz də döyüşəcəyik
ABŞ müharibə istəsə, biz də döyüşəcəyikBu gün, 05:22 |
|
İranın Rusiyadakı səfiri Kazem Cəlali ABŞ ilə münasibətlərdə həm danışıqlara, həm də mümkün qarşıdurmaya hazır olduqlarını bəyan edib. Teleqraf xəbər verir ki, diplomat Yaxın Şərqdə gərginliyin artması fonunda Tehranın mövqeyini açıqlayıb. “Əgər onlar (ABŞ) razılaşmaq istəyirlərsə, biz də razılaşa bilərik. Əgər müharibə istəyirlərsə, biz də döyüşəcəyik”, - deyə Kazem Cəlali qeyd edib. Onun sözlərinə görə, İran ABŞ-nin əvvəlki addımlarını nəzərə alır və Vaşinqtonun bir dəfə nüvə sazişindən çıxdığını, həmçinin danışıqlar dövründə ölkəyə qarşı hücumlar həyata keçirdiyini unutmayıb. Səfir vurğulayıb ki, İran yalnız qarşılıqlı ədalət prinsiplərinə əsaslanan, konkret və etibarlı təminatları olan razılaşma şərtilə danışıqlara hazırdır. Bu şərtlər çərçivəsində ölkənin hüquqlarının təmin olunması və vurulan ziyanın kompensasiyası da əsas tələblər sırasındadır. Diplomat əlavə edib ki, Tehran həm müharibə, həm də sülh ssenarilərinə hazırdır və danışıqlar real nəticəyə yönəlməlidir. Geri qayıt |