Əsas Səhifə > Güney Press > “Bolt” şirkətinin ofisində sürücülər arasında dava
“Bolt” şirkətinin ofisində sürücülər arasında davaBu gün, 10:05 |
|
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Xalidə Əlisoyun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə icraata xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib. İttihama görə, hadisə bu il paytaxtın Nərimanov rayonu, Z.Bünyadov prospektində yerləşən “Bolt” şirkətinin ofisində qeydə alınıb. Belə ki, sürücülər - Ələkbər Nəbiyev ilə zərərçəkmiş İxtiyar Pənahlı (adı, soyadı şərtidir) arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb. Bu zaman təqsirləndirilən şəxs onun baş nahiyəsinə qəsdən bir dəfə yumruq zərbəsi endirib. Zərbə nəticəsində İxtiyar Pənahlı başın alın-təpə nahiyəsində hematoma ilə müşayiət olunan, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli xəsarət alıb. Cinayət işi üzrə məhkəmənin hazırlıq iclasında Ələkbər Nəbiyev ona qarşı irəli sürülmüş ittihamı qəbul edərək özünü təqsirli bilib. O, zərərçəkmiş şəxslə barışdığını, vurduğu ziyanı tam ödədiyini bildirib və iş üzrə icraata xitam verilməsini xahiş edib. Bu məqsədlə məhkəməyə barışıq ərizəsi təqdim olunub. Məhkəmə iclasında iştirak edən İxtiyar Pənahlı da təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin qalmadığını, dəymiş ziyanın ödənildiyini təsdiqləyib və iş üzrə icraata xitam verilməsini istəyib. Geri qayıt |