Əsas Səhifə > Güney Press > Naxçıvan deputatlarının maaşları artırıldı
Naxçıvan deputatlarının maaşları artırıldıBu gün, 11:35 |
|
"Bir neçə gün bundan əvvəl Naxçıvan MR Ali Məclisinin “partada oturdulan deputatları”nın maaşını açıqlamışdım. Bildirmişdim ki, Ali Məclisin ildə iki dəfə əl qaldırmaqla məşğul olan və Azərbaycan Milli Məclisinin hazırladığı qanunlardakı “Azərbaycan Respublikası” kəlməsini çıxarıb “Naxçıvan MR” yazmaqla fəaliyyəti məhdudlaşan bu deputatlar (sıraviləri) ayda 4162,5 manat, komitə sədrləri 5410 manat, komitə sədrinin müavinləri 4995 manat maaş alırlar. Naxçıvan Ali Məclisinin sədri isə ayda 9990 manat, birinci müavini 9489 manat, elə-belə müavinləri isə 8991 manat məvaciblə kifayətlənirlər..." "DİA-AZ" xəbər verir ki, bunu özününü sosial şəbəkə hesabında tanınmış jurnalist Heydər Oğuz yazıb.
O daha sonra bildirir: "Görünür, mənim bu iradımdan "nəticə çıxaran" Naxçıvan MR Ali Məclisi maaş cədvəlinə yenidən baxmaq qərarına gəlib. Elə həmin gün Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının statusu haqqında Qanunda dəyişiklik edilib və aprelin 21-də bu dəyişikliyi Ali Məclis sədrinin birinci müavini Bəxtiyar Məmmədov təsdiqləyib.
Dəyişikliyə əsasən, Ali Məclisin sədri artıq 15 000 manat məbləğində vəzifə maaşı alacaq.
Ali Məclis sədrinin birinci müavini 13 000 manat, Ali Məclis sədrinin müavini 12 000 manat, Ali Məclisin komitə sədri 9 000 manat, Ali Məclisin komitə sədrinin müavini 8 000 manat, Ali Məclisin deputatı 7 000 manat məbləğində aylıq vəzifə maaşı ilə güzəranlarını qurmağa çalışacaqlar.
Təbrik edirəm, Naxçıvan “diputat”larını. Həqiqətən də ildə iki dəfə əl qaldırmaq və qanunların mətnindən Azərbaycan Respublikası sözünü silib Naxçıvan MR yazmaq çox ağır iş imiş. Buna görə də onların maaşları 7000-dən başlamalı, 15 minə qədər yüksələ-yüksələ getməlidir.
İnanıram ki, Naxçıvan Ali Məclsinin sədr əvəzi Bəxtiyar müəllim bundan sonra maaşından ayda 200-300 manat ayırıb Azərbaycan dilində danışmağı öyrənməyə də vəsait tapa biləcək.
Qarabağ uğrunda sağlamlığını itirən əlillərə, veteranlara 80 manat sosial yardımı verməyə can çəkən hökumətimizin ildə 2 dəfə əlini göyə qaldıranlara 7000 manat maaş verməsi sözün bütün mənalarında heyrətamizdir..."
Geri qayıt |