Əsas Səhifə > Güney Press > Bakı Taksi Xidməti dövlət qarşısında borca düşüb

Bakı Taksi Xidməti dövlət qarşısında borca düşüb


Bu gün, 12:03

Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) tabeliyində “Bakı Taksi Xidməti” MMC dövlət qarşısında borca düşüb.

Bu barədə İqtisadiyyat.az kommersiya qurumlarının dövlət reyestri bazasından məlumat əldə edib.

Belə ki, Bakı Taksi Xidmətinin Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə 4019.69 manat borcu yaranıb.

Qeyd edək ki, “Bakı Taksi Xidməti” MMC 2015-ci ildə dövlət qeydiyyatına alınıb. Qanuni təmsilçisi və baş direktoru Fuad Əliyevdir.


Geri qayıt