Əsas Səhifə > Güney Press > Səhiyyədə “islahat” oyunu:
Səhiyyədə “islahat” oyunu:Bu gün, 12:45 |
|
Səhiyyə sistemində islahat adı verdikləri bu proses sıradan bir kadr dəyişikliyidir. Burada heç bir islahatdan söhbət gedə bilməz. Yeni kadrların nə qədər uğurlu olduğunu da zaman göstərəcək. Bu sözləri Tribun.az-a tibb üzrə professor Adil Qeybulla səhiyyə sistemində aparılan son kadr dəyişikliklərinin tibbi xidmətin keyfiyyətinə necə təsir edəcəyi ilə bağlı danışarkən deyib. Professor qeyd edib ki, TƏBİB əhəmiyyətsiz qurum idi: “Biz ilk gündən TƏBİB-in yaradılmasının əleyhinə idik. Çünki əvvəldən bildirirdik ki, bu, Səhiyyə Nazirliyinə əlavə alternativ qurumdu və bu iki qurum arasında ziddiyyət yaranacaq. Həqiqətən də bu baş verdi. A.Qeybulla bildirib ki, kadr dəyişikliyi vətəndaşın, ümumi işçin xeyrinə olan mexanizm yaratmalıdır: “Yeni rəhbərlik TƏBİB-də heç olmasa elə struktur, elə bir fəaliyyət mexanizmi ortaya qoymalıdır ki, vətəndaş ondan fayda görsün və hiss etsin ki, doğurdan da müsbətə doğru nələrsə dəyişib. Çünki son halqa vətəndaşdır. Geri qayıt |