Əsas Səhifə > Güney Press / Partiya > "Dəyişən bir şey olmayacaq, amma..."

"Dəyişən bir şey olmayacaq, amma..."


Bu gün, 08:33

"Azərbaycanda “köklü islahatlar” davam edir – təklif irəli sürülüb ki, ölkədə “lizinq” terminindən imtina edilsin, bu söz “maliyyə icarəsi” termini ilə əvəz edilir, yəni, bütün qanunlarda keçən “lizinq” sözü yığışdırılacaq..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında ReAL Partiyasının sədri Natiq Cəfərli qeyd edib.
 
O daha sonra fikrini belə davam etdirir: "Sözün qısası, o məşhur lətifədə olduğu kimi, dəyişən bir şey olmayacaq, amma, yazı-pozu işi artacaq.
 
Həmən “maliyyə icarəsi” ilə məşğul olan fiziki şəxslərə yeni rüsum da müəyyənləşib – bu fəaliyyət nözü ilə məşğul olan şəxslərin adlarının reyestrə daxil edilməsi üçün 550 manat rüsum təyin edilir. Ad-soyadı kompyuterə yazmaq üçün 550 manat. Belə..."

Geri qayıt