Əsas Səhifə > Güney Press > Ukraynanın “marslı”sı rusları dəhşətə gətirdi
Ukraynanın “marslı”sı rusları dəhşətə gətirdiBu gün, 13:19 |
|
“Rusiya–Ukrayna müharibəsi 2026-cı ilin yazında tamamilə yeni bir mərhələyə keçib. Artıq üstünlük tanklarda, təyyarələrdə və ya toplarda deyil, dronlardadır. Bu yarışda Ukrayna açıq-aşkar öndədir. Bu sözləri Globalinfo.az-a politoloq Rüstəm Tağızadə deyib. Politoloq bildirib ki, ötən ilin əvvəlində Ukrayna hələ də Rusiyanın kütləvi dron hücumlarının qurbanı idisə, bu gün vəziyyət tamamilə dəyişib: “Ukrayna Prezident Ofisinin məlumatına görə, ordu Rusiyaya nisbətən gündəlik 30% daha çox zərbə dronundan istifadə edir. Cəmi bir il əvvəl bu nisbət Ukraynanın əleyhinə idi. Xüsusilə fiber-optik dronlar sahəsində Ukrayna gündəlik istifadədə 32% paya malikdir – bu da dronları radioelektron müharibə vasitələri ilə zərərsizləşdirməyi demək olar ki, qeyri-mümkün edir. Ukrayna dağınıq dron fabriklərində 2026-cı ildə 7 milyon dron istehsal etməyi planlaşdırır. Rəqəmlər danışır: mart ayında yalnız dronlar vasitəsilə 35 351 rus əsgəri məhv edilib ki, bu da həmin ay ərzində rus ordusunun cəlb etdiyi 20.000 yeni əsgəri dəfələrlə üstələyir. Dəniz dronları sayəsində Ukrayna Rusiyanın Qara dəniz donanmasını limanlara bağlayıb. Aprelin 18-də Krımda üç böyük desant gəmisi vurulub. Daha əvvəl “Yamal” və “Azov” gəmiləri sıradan çıxarılıb. Krımdakı Streletski dəniz hərəkətinə nəzarət mərkəzi də məhv edilib – bu isə Rusiyanın Qara dəniz donanmasının idarəetmə sisteminin iflic edilməsi deməkdir”. R.Tağızadə əlavə edib ki, Ukrayna artıq dəfələrlə 1500 km məsafədə yerləşən hədəfləri vurub: “Mart ayında Ukrayna 7000-dən çox uzaqmənzilli drondan istifadə edib. Nəticədə Rusiyanın neft ixrac edən terminalları – Ust-Luqa, Primorsk, Novorossiysk, Tuapse – ciddi ziyan görüb, yanğınlar isə hələ də tam söndürülməyib. Rusiya gündəlik ən azı 2 milyon barrel neft ixracını itirib. Yaponiya şirkəti “Terra Drone” Ukraynada “Terra A1” dron prototipini sınaqdan keçirir. Almaniya Ukraynanın uzaqmənzilli zərbə imkanlarına 300 milyon avro sərmayə qoyub. Böyük Britaniya isə 120.000 dron göndərəcəyini bildirib. Rusiya ordusu mart ayında 35 351 əsgər itirib ki, bunun 96%-i dronların payına düşür. Aprel ayında isə cəmi 22 gün ərzində 14 hava hücumundan müdafiə sistemi məhv edilib. Rusiya neft hasilatı aprel ayında 300–400 min barrel azalıb. Vəziyyət o qədər ağırdır ki, ruslar Ukraynanın “Bumblebee” dronunu“Marslı” adlandırırlar. “Mövcud texnologiyalar artıq öz həddinə çatıb. Yeni sıçrayış etməsək, dronların effektivliyi azala bilər”, – deyə Ukrayna Prezident Ofisinin rəhbəri Kirill Budanov bildirib. Onun sözlərinə görə, dron müharibəsinin gələcəyi süni intellekt texnologiyalarından asılı olacaq. 2026-cı ilin yazında Ukrayna dron müharibəsində Rusiyanı say, texnologiya və strategiya baxımından qabaqlamış vəziyyətdədir. 2024-cü ilin əvvəlində Rusiyanın “Şahed” dalğaları Ukrayna şəhərlərini yandırırdısa, bu gün Ukrayna dronları artıq Rusiyanın öz ərazisində onun “nəfəs borusunu” sıxır. Neft ixracı çökür, donanma limanlarda qalıb, itkilər isə dözülməz həddə çatıb. Dron müharibəsi davam edir, lakin müharibənin özü hələ bitməyib”. Geri qayıt |