Əsas Səhifə > Güney Press > Pezeşkian hərəkətə keçdi, İsraillə bağlı məlumat yayıldı:

Pezeşkian hərəkətə keçdi, İsraillə bağlı məlumat yayıldı:


Bu gün, 16:30

İsrail tərəfinin İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) rəhbərliyinə qarşı yenidən hədəfli əməliyyatlar həyata keçirə biləcəyinə dair iddialar yayılıb.

Bu məlumatlar ABŞ-la İran arasında İslamabadda keçirilməsi nəzərdə tutulan danışıqların ikinci raundunun təxirə salınması fonunda diqqət çəkir. Ümumilikdə Vaşinqtonla Tehran arasında dialoq prosesində durğunluğun olduğu bildirilir.

Globalinfo.az-a danışan politoloq Məhəmməd Əsədullazadə deyib ki, İsrail SEPAH liderlərinə qarşı belə bir əməliyyat keçirməsi gözləniləndir:

“İranda sistem daxilində fikir ayrılıqlarının davam etməsi böhranı dərinləşdirir. Prezident Məsud Pezeşkian rəhbərlik etdiyi administrasiya ilə tam idarəçiliyi ələ almağa və böhrana son qoymağa çalışır. Amma SEPAH tam hakimiyyəti ələ alaraq güzəştə getmək istəmir. SEPAH rəhbəri də mövqeyinin dəyişməz olduğunu və ABŞ-la danışıqlara getməmək kursunu götürdüyünü bildirib.

İsrail SEPAH-a qarşı yenidən sui-qəsd əməliyyatlarına başlaya bilər. Çünki inqilab korpusunun generallarının dəyişməz mövqeyi böhranın davam etməsinə səbəb olur. Tam hərbi əməliyyatlarda ABŞ-ın yox, İsrailin önə çıxması istisna deyil.

ABŞ və İsrailin əsas hədəfi İranı SEPAH-dan azad etməkdir. Livanda “Hizbullah” güclənib və hakimiyyətə təzyiqlər göstərir, eynilə İranda da SEPAH tam hakimiyyəti ələ alıb”.


Geri qayıt