Əsas Səhifə > Güney Press > Trampın qəbulunda atəş açan şəxs saxlanıldı
Trampın qəbulunda atəş açan şəxs saxlanıldıBu gün, 06:09 |
|
ABŞ Prezidenti Donald Tramp bildirib ki, Vaşinqtonda keçirilən qəbul zamanı atəş açan şəxs hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Teleqraf xəbər verir ki, bu barədə o, “Truth Social” sosial şəbəkəsində paylaşım edib. Tramp qeyd edib ki, hadisə Ağ Ev müxbirləri assosiasiyasının “Vaşinqton Hilton” otelində təşkil olunan qəbulunda baş verib. Onun sözlərinə görə, atəş açan şəxs artıq nəzarət altındadır. “Silahlı şəxs saxlanılıb və mən tədbirin davam etməsini tövsiyə etdim, lakin hüquq-mühafizə orqanlarının göstərişlərinə tam əməl edəcəyəm. Onlar tezliklə qərar verəcəklər”, – deyə ABŞ lideri bildirib. Tramp əlavə edib ki, hadisə səbəbilə axşam proqramı planlaşdırıldığı kimi keçməyəcək. O, həmçinin ABŞ Məxfi Xidməti və hüquq-mühafizə orqanlarının əməkdaşlarının “fantastik iş” gördüyünü vurğulayıb. Geri qayıt |