Əsas Səhifə > Güney Press > Atışmada şübhəli bilinən şəxs bu adam imiş
Atışmada şübhəli bilinən şəxs bu adam imişBu gün, 08:00 |
|
ABŞ Prezidenti Donald Tramp Ağ Ev Müxbirləri Assosiasiyası əməkdaşlarını "Washington Hilton" hotelindəki qəbulu zamanı atışmada şübhəli bilinən şəxsin fotolarını və videolarını "Truth Social" sosial media platformasında paylaşıb. "Report"un məlumatına görə, paylaşılmış görüntülərdə əlləri arxasına qandallanmış vəziyyətdə yerdə uzanan kişi görünür. Prezident həmçinin hadisə anını əks etdirən müşahidə kamerasının videosunu da paylaşıb. Görüntülərdə silahlı kişinin təhlükəsizlik məntəqəsindən keçməyə çalışdığı, daha sonra təhlükəsizlik işçilərinin ona atəş açdığı görünür. Qeyd edək ki ABŞ Prezidenti Donald Tramp təhlükəsizlik sahəsində insidentdən sonra Vaşinqtondakı hotellərdən birində keçirilən Ağ Ev Müxbirləri Assosiasiyası üzvlərinin qəbulu zamanı təxliyə edilib. Yayımlanan görüntülərə görə, zalda yüksək səslər eşidilib, bundan sonra çaxnaşma baş verib. ABŞ Məxfi Xidmətinin əməkdaşları Prezidenti, birinci xanım Melaniya Trampı, Vitse-prezident Cey Di Vensi və Ağ Evin Mətbuat katibini zaldan çıxarıblar. *** ABŞ prezidenti Donald Trampın iştirak etdiyi Ağ Ev Müxbirləri Assosiasiyasının qəbulunda baş verən atışmanı törətməkdə şübhəli bilinən şəxsin kimliyi məlum olub. Bu barədə "New York Post" qəzetinin jurnalisti Kerol Markoviç öz “Facebook” səhifəsində məlumat verib. "Ağ Ev Müxbirləri Assosiasiyasının qəbulunda atəş açmağa cəhd edən şəxs Kaliforniyanın Torrens şəhərindən olan 31 yaşlı Kol Tomas Allendir və hazırda saxlanılıb", - o yazıb. "Axios" şübhəlinin ov tüfəngi ilə silahlandığını və təhlükəsizlik baryerindən keçmək istədiyini yazıb. Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp öz "Truth" hesabında həmin şəxsin fotosunu yayıb. Geri qayıt |