Əsas Səhifə > Güney Press > Hindistanın baş naziri Vaşinqtondakı insidentə münasibət bildirdi

Hindistanın baş naziri Vaşinqtondakı insidentə münasibət bildirdi


Bu gün, 08:54

Hindistanın baş naziri Narendra Modi Vaşinqtonda oteldə baş verən atışma insidentindən sonra ABŞ Prezidenti Donald Trampa və digər rəsmi şəxslərə təhlükəsizlik və rifah arzulayıb.

Teleqraf xəbər verir ki, bu barədə Modi “X” sosial şəbəkəsində paylaşım edib.

O bildirib ki, Tramp, birinci xanım Melaniya Tramp və vitse-prezident Cey Di Vensin hadisə zamanı xəsarət almaması xəbəri onu sevindirib.

“Prezident Trampın, birinci xanımın və vitse-prezidentin Vaşinqtondakı oteldə baş verən son insidentdən sonra təhlükəsiz olduqlarını və xəsarət almadıqlarını öyrəndiyimə görə rahatlıq hissi keçirdim. Onlara gələcək təhlükəsizlik və rifah arzulayıram”, – deyə Modi qeyd edib.

Hindistanın baş naziri əlavə edib ki, zorakılıq demokratik cəmiyyətdə yolverilməzdir və qəti şəkildə pislənməlidir.


Geri qayıt