Əsas Səhifə > Güney Press > Çin Avropanı hədələdi:

Çin Avropanı hədələdi:


Bu gün, 10:32

Çinin Ticarət Nazirliyi Avropa Birliyinin Rusiyaya qarşı yeni sanksiya paketinə Çin şirkətlərini daxil etməsinə görə “qəti etiraz”ını bildirib və Avropanı “nəticələrlə” hədələyib.

Axar.az xəbər verir ki, bu barədə “Röyters” agentliyi məlumat dərc edib.

Qeyd olunur ki, Pekin həmin şirkətlərin siyahıdan dərhal çıxarılmasını tələb edir.

Agentlik xatırladır ki, AB-nin 20-ci sanksiya paketi üçüncü ölkələrdən kritik əhəmiyyətli yüksək texnologiyalı malların tədarükçülərinə qarşı yönəlib. Siyahıda bir neçə Çin şirkəti də yer alır. Bu müəssisələr Rusiyanın hərbi-sənaye kompleksi üçün ikili təyinatlı məhsullar və ya silah sistemləri tədarük etməkdə ittiham olunur.

Adı açıqlanmayan Çinin Ticarət Nazirliyinin nümayəndəsi bildirib ki, bu addım Çin və AB liderləri arasında əldə olunmuş razılaşmanın ruhuna ziddir və qarşılıqlı etimadı, eləcə də ikitərəfli münasibətlərin ümumi sabitliyini ciddi şəkildə sarsıdır.

Pekin bəyan edib ki, Çin şirkətlərini qorumaq üçün “zəruri tədbirlər” görməyə hazırdır. Bununla yanaşı vurğulanıb ki, “bütün nəticələrə” görə məsuliyyəti Avropa Birliyi daşıyacaq.


Geri qayıt