Əsas Səhifə > Güney Press > Atəş açan şəxsin hədəfi Tramp deyilmiş:

Atəş açan şəxsin hədəfi Tramp deyilmiş:


Bu gün, 10:34

ABŞ Prezidenti Donald Trampın qatıldığı tədbirdə baş verən atışmada şübhəli bilinən Koul Tomas Allen, Ağ Ev rəhbərini hədəf almayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “CBS News” mənbələrə istinadən məlumat yayıb.

“Saxlanılan şəxs hüquq-mühafizə orqanlarına Tramp administrasiyasının rəsmilərini aradan qaldırmaq istədiyini deyib. Şübhəli şəxs konkret olaraq D.Trampın adını çəkməyib”, – deyə bildirilib.

Xatırladaq ki, aprelin 25-i axşamı Vaşinqtonda Ağ Ev Müxbirləri Assosiasiyasının qəbulu zamanı Donald Trampın da iştirak etdiyi “Hilton” otelində insident baş verib.

Şübhəli hadisə yerində saxlanılıb, Prezident xəsarət almayıb. Vaşinqtonun federal prokuroru Janin Pirro deyib ki, saxlanılan şəxs 27 aprel bazar ertəsi günü məhkəmə qarşısına çıxacaq.


Geri qayıt