Əsas Səhifə > Güney Press > Hörmüzün blokadası qlobal humanitar fəlakətə səbəb olur

Hörmüzün blokadası qlobal humanitar fəlakətə səbəb olur


Bu gün, 16:06

Birləşmiş Millətlər Təşkilatının (BMT) Layihə Xidmətləri Ofisi gübrə təchizatında yaranan fasilələrin genişmiqyaslı humanitar fəlakətə səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.
Yeniavaz.com
“Əl-Cəzirə”yə istinadən xəbər verir ki, qurumun məlumatına görə, kənd təsərrüfatı istehsalında mühüm rol oynayan gübrələrin çatışmazlığı ərzaq istehsalını kəskin şəkildə azalda bilər.
Agentliyin icraçı direktoru Xorxe Moreyra da Silva bildirib ki, Hörmüz boğazında davam edən problemlər milyonlarla insanı aclıq riski ilə üz-üzə qoya bilər.
Onun sözlərinə görə, xammal və gübrələrin qiymətləri artıq rekord səviyyəyə yüksəlib. Bu isə mövcud təchizat zəncirlərinin təhlükəsizliyinin təmin olunması üçün təcili diplomatik addımların atılmasını zəruri edir.


Geri qayıt