Əsas Səhifə > Güney Press > Atışmada hədəf olub-olmadığımı bilmirəm
Atışmada hədəf olub-olmadığımı bilmirəmBu gün, 05:00 |
|
ABŞ Prezidenti Donald Tramp Ağ Ev Müxbirləri Assosiasiyasının qəbulunda baş verən atışma zamanı hədəf olub-olmadığını bilmədiyini açıqlayıb. Teleqraf xəbər verir ki, Tramp bu barədə "CBS News"a müsahibəsində danışıb. “Bilmirəm”, - deyə ABŞ prezidenti bu sualı cavablandırarkən bildirib. O, hadisəni törədən şəxs barədə danışarkən onun radikallaşdığını və psixoloji problemləri ola biləcəyini qeyd edib. Qeyd edək ki, daha əvvəl ABŞ-nin ədliyyə naziri və baş prokuror vəzifəsini icra edən Todd Blanş "NBC News"a açıqlamasında ilkin istintaq məlumatlarına əsasən, atəş açan şəxsin hədəfinin ABŞ administrasiyasının əməkdaşları olduğunu bildirmişdi. Geri qayıt |