Əsas Səhifə > Güney Press > Bu ölkə Beynəlxalq Komissiyadan çıxdı
Bu ölkə Beynəlxalq Komissiyadan çıxdıBu gün, 05:20 |
|
Yola saldığımız həftə, 23 apreldə, Rusiyanın gənclərdən ibarət 3×3 basketbol komandalarının beynəlxalq yarışlara buraxıldığı elan edildi. Publika.az xəbər verir ki, qərar Beynəlxalq Basketbol Federasiyasının (FIBA) Mərkəzi Bürosunun iclasında qəbul edildi. Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Rusiya və Belarus idmançılarının gənclər yarışlarında iştirakına qoyulan məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tövsiyəsinə uyğun olaraq, Rusiya və Belarus Çin və Malayziyada keçiriləcək 2026-cı il FIBA Gənclər Millətlər Liqasında 21 yaşadək komandalarını qeydiyyatdan keçirmək üçün icazə alıblar. Bu hadisə Latviyanı narazı salıb. Latviya Basketbol Assosiasiyasının (LBA) prezidenti Raymonds Veyonis FIBA-nın baş katibi Andreas Zaqklisə FIBA 3×3 Komissiyasından istefa verməsi barədə rəsmi məlumat verib. Veyonis qərara mahiyyəti üzrə etiraz edib və həmçinin demokratik qərar qəbuletmə prosedurlarının pozulduğunu bildirib. Latviya Basketbol Assosiasiyası təcavüzkar ölkənin idmançılarının beynəlxalq yarışlardan kənarlaşdırılmasını təkcə sözdə deyil, həm də əməldə ardıcıl olaraq müdafiə etməyə davam edir – oxşar fikirlərə malik müttəfiqlər axtarır və birləşdirir. Latviyanın, digər Baltikyanı və Skandinaviya ölkələrinin və eyni düşüncəli tərəfdaşlarımızın birgə səyləri nəticəsində təcavüzkar ölkələrin idmançıları ardıcıl beşinci ildir ki, Avropa basketbol yarışlarında iştirak etmirlər. Ukraynadakı müharibə müttəfiqlərimizin verdiyi qərarla sona çatana qədər bu mövqeyi qorumaq üçün çalışmağa davam edəcəyik”. Geri qayıt |