Əsas Səhifə > Güney Press / Ana xəbər > Sabah Hacı Vəliyevə hökm oxunacaq
Sabah Hacı Vəliyevə hökm oxunacaqBu gün, 10:42 |
|
28 apreldə Tovuz Rayon Məhkəməsində həbsdə olan Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyevə hökm oxunacaq. Bu barədə Gununsesi.info-ya onun yaxınları bildirib. Yaxınlarının sözlərinə görə, hazırda həbsdə olan gözdən əlil Hacı Vəliyevin səhhətində ciddi problemlər yaranıb. Yaxınları ona qarşı ittihamların qurama olduğunu vurğulayaraq, məhkəmədən ədalətli qərar verilməli olduğunu deyib. H.Vəliyev bu il aprelin 1-də həbs edilib. O, Cinayət Məcəlləsinin 221.3-cü (Silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə xuliqanlıq…) və 186.1-ci (Özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə – zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham olunur. Onun bir neçə dəfə həbs müddəti uzadılıb. H.Vəliyevin həbsindən sonra “Gənc Qazilər” İB-nin fəaliyyətinin dayandırıldığı açıqlanıb. Bu barədə həmin qurum adından yayılan məlumatda qeyd olunub ki, son dövrlər yaranmış bir sıra obyektiv, subyektiv səbəblər, o cümlədən üzvlər arasında əlaqələrin zəifləməsini nəzərə alaraq, təşkilatın fəaliyyəti ilə bağlı geniş müzakirələr aparılıb: “Birliyin fəaliyyətinin bu mərhələdə dayandırılmasının daha məqsədəuyğun olduğu qənaətinə gəlmişik”. H.Vəliyev sosial şəbəkələrdə tənqid çıxışları ilə də tanınırdı. O, xüsusilə İkinci Qarabağ müharibəsindən sonrakı dövrdə döyüşlərdə sağlamlığını itirmiş hərbçilərin və ya həlak olanların ailələrinin problemlərini ictimailəşdirib. Geri qayıt |