Əsas Səhifə > Güney Press > Gürcüstanla sərhədin delimitasiyasının başa çatdırılması barədə razılıq əldə etmişik

Gürcüstanla sərhədin delimitasiyasının başa çatdırılması barədə razılıq əldə etmişik


Bu gün, 13:34

Ermənistan və Gürcüstan dövlət sərhədinin delimitasiyasının başa çatdırılması barədə razılıq əldə ediblər.

"Report" Ermənistan mediasına istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.

Onun sözlərinə görə, Gürcüstanla sərhədin delimitasiyası məsələsi gündəliyə daxil edilib və Gürcüstan tərəfi ilə artıq müvafiq razılaşmalar əldə olunub.

Paşinyan qeyd edib ki, Azərbaycan və Gürcüstanla sərhədlərin delimitasiyası proseslərinin başa çatması faktiki olaraq Ermənistanın dövlət sərhədlərinin rəsmiləşdirilməsini yekunlaşdırmağa imkan verəcək.


Geri qayıt