Əsas Səhifə > Güney Press > Xəyal Rza qəzaya düşdü
Xəyal Rza qəzaya düşdüBu gün, 14:38 |
|
Azərbaycan Yazıçılar Birliyinin (AYB) mətbuat katibi Xəyal Rza Göyçayda avtomobil qəzasına düşüb. "DİA-AZ" oxu.az-a istinadən xəbər verir ki, bu gün baş verən yol-nəqliyyat hadisəsi zamanı Xəyal Rzanın idarə etdiyi nəqliyyat vasitəsi yararsız hala düşüb. Xəyal Rzazadə açıqlamasında bildirib ki, ailəsi və atası ilə birlikdə Göyçay şəhərində hərəkətdə olarkən BMW markalı bir avtomobil yol hərəkəti qaydalarını pozaraq onun "Changan" markalı maşınına, daha sonra isə "Mercedes" markalı digər nəqliyyat vasitəsinə çırpılıb: "Şükürlər olsun, ciddi bir xəsarət almamışıq. Müvafiq qurumlar hadisə ilə bağlı araşdırma aparır". Geri qayıt |