Əsas Səhifə > Güney Press > İranda iki aydır ki, internet yoxdur

İranda iki aydır ki, internet yoxdur


Bu gün, 06:03

İranda internet 58 gündən çoxdur ki, faktiki olaraq yoxdur.
Yeniavaz.com
xəbər verir ki, bu barədə beynəlxalq monitorinq xidməti “NetBlocks” sosial şəbəkə hesabında məlumat yayıb.
“İranda internet blokadası 59-cu günündədir və beynəlxalq rabitə 1392 saata yaxın müddətə dayandırılıb”, - xidmətin açıqlamasında deyilir.
Bloklama ölkə miqyasında ən uzun müddətdir.
Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayıb. Tehran da daxil olmaqla, böyük şəhərlər zərbələrə məruz qalıb.


Geri qayıt