Əsas Səhifə > Güney Press > İran neft hasilatını dayandırır
İran neft hasilatını dayandırırBu gün, 09:11 |
|
“Neft hasilatı tezliklə çökəcək, İranda yaxın vaxtlarda yanacaq çatışmazlığı gözlənilir”. Teleqraf xəbər verir ki, bunu ABŞ-nin maliyyə naziri Skott Bessent deyib. “SEPAH-ın sağ qalan liderləri kanalizasiya borularında boğulan siçovullar kimi tələyə düşdüyü vaxtda, İranın zəifləyən neft sənayesi ABŞ-nin tətbiq etdiyi blokada səbəbindən hasilatı dayandırmağa başlayır. Neft hasilatı tezliklə çökəcək, İranda yaxın vaxtlarda yanacaq çatışmazlığı gözlənilir”, - nazir bildirib. “Bloomberg”in də mənbələrə istinadla yaydığı məlumata görə, dəniz blokadası fonunda İranın neft anbarları tükənmək üzrədir, may ayının ortalarında ölkənin neft hasilatı sürətini azaltması gözlənilir. Məlumata əsasən, İranın hasilatı azaltmasına cəmi 12-22 gün qalıb. Azalma gündəlik təxminən 1,5 milyon barel neft həcmində olacaq. İran bu addımın iqtisadi təsirlərini yalnız üç-dörd aydan sonra hiss edəcək. Blokada səbəbindən İran neft tankerlərinə yükləməni 70 faiz azaldıb. Geri qayıt |