Əsas Səhifə > Güney Press / Ana xəbər > “AzInTelecom”da yeni təyinat olub

“AzInTelecom”da yeni təyinat olub


Bu gün, 12:49

“Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON)” tərkibində fəaliyyət göstərən “AzInTelecom” MMC-nin Təchizat Zəncirinin İdarəolunması departamentinə yeni direktor təyin edilib.

Banker.az-ın məlumatına görə, Pərvin Vəzirova “AzInTelecom” MMC-nin Təchizat Zəncirinin İdarəolunması departamentinə direktor təyin edilib.

Pərvin Vəzirova bu təyinata kimi həmin departamentdə şöbə müdiri kimi çalışırdı.

O, 2025-ci ilin yanvar ayından etibarən Massaçusets Texnologiya İnstitutunda (MITx) Logistika, Materiallar və Təchizat Zəncirinin İdarə Edilməsi üzrə “MicroMasters” dərəcəsi üzrə təhsil alır.


Geri qayıt