Əsas Səhifə > Güney Press > İcra Hakimiyyəti abadlıq işləri üçün bu şirkətə 61 milyon manat ayırdı

İcra Hakimiyyəti abadlıq işləri üçün bu şirkətə 61 milyon manat ayırdı


Bu gün, 12:28

Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində fəaliyyət göstərən “Bakı Şəhər Tikinti və Təmir” MMC tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
Yeniavaz.com
xəbər verir ki, tender müsabiqəsinin qalibi “Xezer Construction” MMC (VÖEN- 1603218151) olub.
Tender müsabiqəsinin şərtlərinə görə “Xezer Construction” MMC Bakı şəhəri ərazisində səkilərdə, həyətlərdə, park və bağlarda abadlıq, yenidənqurma və təmiri işlərini həyata keçirəcək.
Görüləcək işlər üçün Bakı Şəhər İcra Hakimiyyəti “Xezer Construction” MMC-yə 61 milyon 87 min 536 manat 11 qəpik ayıracaq.
Məlumat üçün bildirək ki, “Xezer Construction” MMC 26 fevral 2018-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 200 manat olan MMC-nin hüquqi ünvanı Nizami rayonu, Keşlə ŞTQ, ev 11/30-da yerləşir. Şirkətin qanuni təmsilçisi Binnətov Rəmzi Rüfət oğludur.
Qeyd edək ki, daha əvvəl şirkətin hüquqi ünvanı Nərimanov rayonu, Əhməd Rəcəbli, ev 1/8-də (Adore Plaza) yerləşib. Qanuni təmsilçisi isə Abışov İslam Məhəmməd oğlu olub.


Geri qayıt