Əsas Səhifə > Güney Press > Azərbaycana qarşı məkrli plan var, Qarabağlı bağlı...
Azərbaycana qarşı məkrli plan var, Qarabağlı bağlı...Bu gün, 15:25 |
|
Musavat.com-un “Üç sual, üç cavab” layihəsinin bugünkü suallarını sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov cavablandırıb. Politoloqla söhbətimiz Azərbaycan nümayəndə heyətinin İrəvana səfəri, sülh gündəliyi və Ermənistan seçkiləri ilə bağlıdır. Müsahibəni təqdim edirik:
- Bu addımlar nə ola bilər, siz növbəti müharibəni nəzərdə tutursunuz? - Gəlin, erməni cəmiyyətində radikalların, revanşistlərin apardığı təbliğata baxaq. Onların bu təbliğatının nəticəsi nə olacaq? Ümumiyyətlə, erməni cəmiyyəti sülhə hazırdır, yoxsa yox? Bəlkə görüntü yaratmağa xidmət edir? Bizə onların məqsədi bəllidir - Qarabağ mövzusunu dondursunlar, əvəzində SSRİ Ermənistan əraziləri suveren torpaqları kimi tanınsın və Türkiyəyə qarşı olan qondarma soyqırımı iddialarını Qarabağdan gedən ermənilərlə bağlı eynilə Azərbaycana qarşı gündəmə gətirsinlər. Yəni Nyu-York merinin bəyanatı şəklində addımların atılması mümkündür. Bəlkə də TRİPP layihəsindən da imtina edəcəklər. - O zaman bu təbliğatı aparan qüvvələrin seçkilərdə qələbə riski nə qədərdir və ya Paşinyan seçkini uduza bilərmi? - Müxalifətin reallıqda dəstəyi yoxdur. Kremldə keçirilən görüşdən başa düşdüm ki, Paşinyan Moskvanın maraqlarını təmin edən siyasətçidir. Əgər elə olmasaydı, 9 il hakimiyyətdə qalmazdı. İndi də Rusiya real vəziyyəti nəzərə alaraq, qapalı şəkildə dəstək verir. O ki qaldı guya müxalifət Rusiyadan dəstək alır, bu, nisbidir. Onlar Qarabağ məsələsini siyasi gündəmdə saxlamaq üçün seçkilərdən istifadə edirlər. Yaxşı bilirlər ki, seçkilərdə qələbə mümkün deyil. Hətta qalib gəlsələr də, Rusiyanın 90-cı illərdə ermənilərə verdiyi dəstəyi indi onlara göstərmək imkanı yoxdur. Yəni Qarabağın ərazi kimi ermənilərə təzədən verilməsi mümkün deyil. Ona görə də ermənilərin Qarabağa qayıdışını daha çox gündəmə gətirirlər, Zəngəzur dəhlizini imtina etməyə çağırırlar... Geri qayıt |