Əsas Səhifə > Güney Press > FHN “Aypara sarayı”nın istismarına icazə verdi

FHN “Aypara sarayı”nın istismarına icazə verdi


Bu gün, 20:18

Fövqəladə Hallar Nazirliyi (FHN) Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti, 64-cü giriş ünvanında inşa olunan qeyri-yaşayış binasının istismarına icazə verib.
Yeniavaz.com
xəbər verir ki, ümumi sahəsi 61 970 kvadratmetr olan ofis binası 41 mərtəbədən ibarətdir.
FHN ofis binasına 3 aprel 2026-cı il tarixli, 11829 nömrəli istismara hazırlıq rəyi verib.
Qeyd edək ki, qeyri-yaşayış binasının sifarişçisi “Aypara Development” MMC-dir.
Məlumat üçün bildirək ki, Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında “Aypara Development” MMC barədə məlumatlar ictimaiyyət üçün açıq deyil.
Onu da qeyd edək ki, 26 iyul 2019-cu il tarixində Nazirlər Kabineti 526s nömrəli icazə ilə Bakı şəhəri, Neftçilər prospekti 64/72 ünvanında, 2,19 hektar ərazidə “Aypara sarayı və şəhərciyi” kompleksinin tikintisinə icazə verib.
Nazirlər Kabineti tərəfindən verilən icazədə göstərilir ki, həmin ərazidə 41 mərtəbəli (43 201 kv. m) ofis binası, 6 mərtəbəli alış-veriş mərkəzi, 32 mərtəbəli yaşayış binası və 29 mərtəbəli otel inşa olunacaq.
7 il əvvəl açıqlanan rəsmi məlumatda tikintinin sifarişçisi kimi “Gilan Holding” MMC göstərilib.


Geri qayıt