Əsas Səhifə > Güney Press > Şahin... Şagen... və BİZ!
Şahin... Şagen... və BİZ!Bu gün, 15:15 |
|
Şahin Mustafayev İrəvana gedib. Baş nazirin müavinidir.
Dəfələrlə gedib. Əslən o bölgədəndir. Məktəbi də orada bitirib. Ermənicə də bilir.
Sinif yoldaşları da ona sayğılarını yazırlar. Deyirlər sinifdə adı Şagen idi. Elə yazırdılar jurnalda.
Şahin yox, Şaqen.
Burada təəccüblü nəsə yoxdur.
Şahin adı ermənilərdə də var. Onlar Şaqen adlandırırlar.
Bizdən almayıblar bu adı.
Şahin fars sözüdür, türk yox.
Şahin yırtıcı quşlardan biridir, qızılquş növüdür .
Şahinləri ov quşu kimi saxlayırlar. Fərqli növləri var. Hamısına şahin deyirlər.
Qızılquşların növlərindən biri də şunqar quşudur. Şahin adlanandan bir az iridir. Onun adını da çox az işlədirlər.
Şahin həm də igid, qorxmaz, yetənəkli anlamında da işlənir.
Dilimizdə tam eyni anlamı verən ad var.
Laçın.
Hara gedib bu söz?
Fars dilindəki şahin türk dilindəki laçını sıxışdırıb, atıb küncə.
Mollaxana təhsilli ziyalıların və dilçilərimizin sayəsində. ))
Laçın da igid, qoçaq, cəld, qorxmaz anlamında işlənir. Laçın kimi şığıdı, laçın kimi bir igid..
Şunqar quşunu da şahin adlandırırıq. Bu da türk sözüdür.
Laçın adını isə ögey, yad bir söz kimi arxa sıralarda otuzdurmuşuq, hərdən səsi gələ, ya gəlməyə.
Çoxlu erməni adları var bizimkilərlə eyni olduğundan çoxları düşünür bizdən alıblar. Əslində isə onların çoxu ya fars, ya ərəb adlarıdır. Ermənilər farslarla yaxın xalqlardır. Fars adını onların özlərindən alıblar. Ərəb adlarını da.
Baba adı ermənilərdə də var. Ərəblərdən alıblar.
Azad adını farslardan alıblar.
Baqram -Bəhram fars adıdır.
Şahnazar da.
Arzuman, Yadigar, Safar, Mher…
Gülnara, Sarasar (sərasər), Baqdasar, Bədəl, Leila, Şirin, Şəkər…
Alvan (Əlvan), Armağan, Göhar, Nazeli (Nazilə), Nazik, Nazenin, Zarina, Zaruri, Zərruba, Lalə…
Xosrov
Erməni dilində türk adları da var. Azdır.
Türk adları Türkiyədə var.
Adlarını ərəb və fars dilinin əsarətindən qurtarıblar.
Atatürkün sayəsində.
Azərbaycan fars-ərəb adlarını demirəm, heç rusun -ov, -yev’indən də qurtula bilmir.
Geri qayıt |