Əsas Səhifə > Güney Press > Qızılda böyük sıçrayış: Qiymət kəskin artacaq?

Qızılda böyük sıçrayış: Qiymət kəskin artacaq?


Bu gün, 10:15

“Əmtəə bazarında qızılın ucuzlaşması və gümüşün nisbi olaraq bahalaşması sırf makro iqtisadi amillərin təsirindən qaynaqlanır”.

Bu sözləri iqtisadçı ekspert Asif İbrahimov “Cebheinfo.az” – a şərhində əmtəə bazarında qızıl ucuzlaşması, gümüşün bahalaşmasının səbəblərini izah edərkən bildirib. Onun sözlərinə görə, tez bir zamanda qızıl qiymətinin bir-birə bahalaşması real görünmür.

“Bu prosesi ABŞ-nin Federal Ehtiyatlar Sistemi – FED-in faiz dərəcələrini uzunmüddət yüksək saxlaması, eyni zamanda ABŞ dollarının möhkəmlənməsi və istiqraz gəlirlərinin artması ilə əlaqələndirirəm.

Beynəlxalq əmtəə bazarlarında qızılın qarşılığı ABŞ dolları ilə əvəz olunur, yəni ABŞ dolları möhkəmləndikcə, qızıl qiyməti aşağı düşür. Belə olan halda faiz gəliri olmayan aktorlara, o cümlədən qızıla investisiya cəlbediliciyi azalır.

Gümüşün bahalaşması isə daha çox sənaye tələbi ilə bağlıdır. Xüsusilə, yaşıl enerji və günəş panelləri, habelə digər elektron sistemlərin istehsalında gümüşə olan tələbat qiymətlərin artmasına yol açır”, – deyən A.İbrahimov qızıl bazarında qiymət artımında kəskin sıçrayışın mümkün olduğunu bildirib:

“Kəskin sıçrayış monitar siyasətdə yumşulma dövrünün başlanılması, yəni faiz dərəcələrinin aşağı düşməsi və ABŞ dollarının zəifləməsi baş verdiyi halda reallaşa bilər.

Bundan başqa, geosiyasi risklərin artması, mərkəzi bankların qızıl alışını artırması, həmçinin dövlətlərin, ümumi və fiziki şəxslərin qızıl alışını həyata keçirməsi qiymətləri yüksəldən katalizator sırasındadır.

Amma tez bir zamanda qızılın qiymətinin birdən-birə bahalaşması real görünmür, çünki indi əmtəə bazarında tənzimlənmə siyasəti aparılır. Uzunmüddətli perspektivdə qızılın cazibəsi qorunacaq”.


Geri qayıt