Əsas Səhifə > Güney Press > ABŞ Hərbi Dəniz Qüvvələri Hörmüzdə konvoy müşayiəti həyata keçirməyəcək

ABŞ Hərbi Dəniz Qüvvələri Hörmüzdə konvoy müşayiəti həyata keçirməyəcək


Bu gün, 07:18

ABŞ-nin "Project Freedom" ("Azadlıq layihəsi") əməliyyatı çərçivəsində Hörmüz boğazından keçən ticarət gəmilərinin konvoy şəklində müşayiəti nəzərdə tutulmur.

Teleqraf xəbər verir ki, bu barədə "Axios" portalı məlumat yayıb.

Qeyd olunur ki, əməliyyat əsasən təhlükəsiz və minalardan təmizlənmiş dəniz marşrutları barədə məlumatların təqdim olunmasını əhatə edir.

Məlumata görə, ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri bölgədə yaxın məsafədə yerləşəcək və zərurət yaranacağı halda müdaxilə edə biləcək.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp daha əvvəl əməliyyatın əsas məqsədinin Hörmüz boğazında bloklanan gəmilərin təhlükəsiz çıxarılması olduğunu açıqlayıb.


Geri qayıt