Əsas Səhifə > Güney Press > Kərim Abbasov GİLEYLƏNDİ:

Kərim Abbasov GİLEYLƏNDİ:


Bu gün, 13:21

“Evimin bir küncündə oturub dönər yeyirəm, yüz minlərlə baxış gəlir…”

Yenicag.az xəbər verir ki, bu sözləri müğənni Kərim Abbasov “Öz aramızda” verilişində qonaq olarkən deyib.

Sənətçi insanların musiqidən daha çox müğənnilərin şəxsi həyatı ilə maraqlanmasından şikayətlənib:

“Yeni mahnı oxuyub paylaşıram, heç baxan olmur. Amma evimin bir küncündə oturub dönər yeyirəm, yüz minlərlə baxış gəlir. Başlayırlar müzakirə etməyə necə yedi, dönəri haradan aldı?

Camaat artıq sənin səsini, mahnılarını tanıyır, ona görə də səndə başqa maraqlı məqamlar axtarır. Maraqlıdırlar ki, görəsən, Kərim hansı marka, neçə minlik maşın sürür? Tutalım, 80 minlik… Deyirlər ki, hə, bunlar “qaz vurub, qazan doldururlar”. Yaşadığı ev neçə mərtəbəlidir? Başlayırlar ancaq bunları müzakirə etməyə”.


Geri qayıt