Əsas Səhifə > Güney Press > Erməni jurnalist azərbaycanlı nümayəndələri narahat etdi

Erməni jurnalist azərbaycanlı nümayəndələri narahat etdi


Bu gün, 15:53

“İrəvan Dialoqu” beynəlxalq forumunda iştirak etmək üçün İrəvana gedən Azərbaycan nümayəndə heyəti erməni jurnalistin israrlı sualları ilə üzləşib.

Modern.az xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb.

Məlumata görə, Azərbaycan nümayəndə heyətinin üzvləri - Fərhad Məmmədov, Rusif Hüseynov və Zaur Şiriyev jurnalistlərin suallarını cavablandırmayıblar. Onlar format çərçivəsində suallara sabah cavab verə biləcəklərini bildiriblər.

Qeyd edək ki, “İrəvan Dialoqu” forumunda müxtəlif ölkələrdən siyasətçilər, diplomatlar və ekspertlər iştirak edirlər.


Geri qayıt