Əsas Səhifə > Güney Press > "Bütün şagirdlər bu kitabdan şikayət edir"

"Bütün şagirdlər bu kitabdan şikayət edir"


Bu gün, 16:41

Azərbaycanda tarix müəllimi 6-cı siniflər üçün olan dərs vəsaitini tənqid edib.

Ölkə.Az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə paylaşım edən müəllim ibtidai icma quruluşu haqqında məlumatların geniş şəkildə verilməsindən şikayətlənib:

“İbtidai icma quruluşu haqqında 63 səhifədir. Ümumi dünya tarixində isə cəmi 17 səhifədir. 6-cı sinifdə olan hələ başı çiy uşaqdır, bu qədər məlumatı birdən-bir hara verirsən? Azərbaycan tarixini oxumağa başlayan 6-cı sinif uşağı bu kitaba nifrət edir. Gələn bütün şagirdlərin hamısı tarixdən şikayət edir. Çünki müəllim onlara metodika öyrətmir. Kitab da bərbad dildə yazılıb. Sonra da deyirik ki, bizim uşaqlar niyə belədir? Mən nə deyim?!”, - deyə o əlavə edib.

Müəllimin bu sözləri sosialı şəbəkələrdə müzakirələrə səbəb olub.

Bir qisim 11-12 yaşlı uşaqlar üçün bu cür geniş informasiya verilməsini lazımsız hesab edərək tənqid ediblər.

Bununla belə müəllimin fikirləri ilə razılaşmayanlar da olub. Tarix fənnini tədris edən bəzi müəllimlər kitabda 63 səhifənin anlaşıqlı olması üçün şəkillərin yer aldığını bildirib və bu cür informasiyaların azyaşlılara öyrədilməsinin vacibliyini vurğulayıblar.


Geri qayıt