Əsas Səhifə > Güney Press > Anası uşaqdan imtina etdi, barəsində cinayət işi açıldı
Anası uşaqdan imtina etdi, barəsində cinayət işi açıldıBu gün, 20:54 |
|
Abşeron rayonunun Goradil qəsəbəsinin qəbiristanlıqda tapılan 2 yaşlı uşağın anası rəsmi qaydada övladından imtina edib. Musavat.com xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat yayıb. Qurum sədri bildirib ki, uşağın anası ilə bağlı cinayət işi açılıb: “Dünən qəbiristanlıq ərazisində tapılan körpənin anası müəyyən edilib. Hazırda barəsində cinayət işi açılıb. Uşaqdan rəsmi qaydada imtina etdi. Ruhu belə incimədən… Sual verdim ki, bəs düşünmədin ki, uşağa heyvanlar toxunar, xəsarət alar? Çiyinlərini çəkdi...” Geri qayıt |