Əsas Səhifə > Güney Press > "Cənubtikintiservis"in səhmdarlarının yığıncağı keçiriləcək
"Cənubtikintiservis"in səhmdarlarının yığıncağı keçiriləcəkBu gün, 09:29 |
|
İyunun 19-da, saat 10:00-da "Cənubtikintiservis" ASC-nin səhmdarlarının təkrar ümumi yığıncağı keçiriləcək. "Report" xəbər verir ki, yığıncaq Bakı şəhəri, Səbail rayonu, Gülbala Əliyev küçəsi, 25 ünvanında olacaq. Yığıncağın gündəliyinə şirkətin 2025-ci il üzrə maliyyə-təsərrüfat fəaliyyətinin yekunlarının müzakirə edilməsi, eləcə də Müşahidə Şurasının və maliyyə-təftiş komissiyasının formalaşdırılması məsələləri daxildir. Xatırladaq ki, "Cənubtikintiservis" ASC 2003-cü ildə yaradılıb, Azərbaycanın neft-qaz sektoruna xidmət göstərən aktiv müəssisələrdən biridir. Onun nizamnamə kapitalı 1 323 694 manatdır. Şirkətin əsas səhmdarı Türkiyənin "Tekfen İnşaat" şirkətidir. Geri qayıt |