Əsas Səhifə > Güney Press > Prokuror gözdən əlil qaziyə 3 il cəza tələb etdi

Prokuror gözdən əlil qaziyə 3 il cəza tələb etdi


Bu gün, 10:29

Bu gün Tovuz Rayon Məhkəməsində hazırda həbsdə olan Gənc Qazilər İctimai Birliyinin sədri Hacı Vəliyevə hökm oxunacağı gözlənilir.

Bu barədə Gununsesi.info-ya onun yaxınları deyib.

Bildirilir ki, sonuncu proses zamanı Hacı Vəliyevə elan olunan ittihamlardan birinə- 186 -cı maddə (Əmlakı qəsdən məhv etmə və ya zədələmə) cinayət işinə xitam verilib.

Bu gün keçiriləcək prosesdə isə Hacı Vəliyevə CM-nin 221.3 (Xuliqanlıq) maddəsi üzrə verilmiş ittihama dair hökm çıxarılacaq.

Proses zamanı çıxış edən dövlət ittihamçısı gözdən əlil qaziyə 3 iı azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini tələb edib.


Geri qayıt