Əsas Səhifə > Güney Press > Yeddi uşağın ölüm işi: vəkillərə çıxış etmək üçün vaxt verildi
Yeddi uşağın ölüm işi: vəkillərə çıxış etmək üçün vaxt verildiBu gün, 10:57 |
|
Respublika Perinatal Mərkəzdə yanğınla bağlı cinayət məsuliyyətinə cəlb edilmiş direktor Mehriban Abasquliyeva, Anesteziologiya, reanimasiya və intensiv terapeya şöbəsinin müdiri Hamlet Mustafayev, Dəstək xidmətləri şöbəsinin müdiri Elnur Əhmədlinin məhkəməsi keçirilib. Teleqraf xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrlik etdiyi prosesdə vəkillər çıxışa hazır olmadıqlarını deyiblər. Vəkillər çıxışa hazırlaşmaq üçün hakimdən vaxt istəyiblər. Hakim də onlara çıxışa hazırlaşmaq üçün daha bir həftə vaxt verilməsini qeyd edib. Növbəti proses mayın 13 mayda davam edəcək. Bundan başqa, Mehriban Abasquliyevanın 27 dekabr 2022-ci ildə Mərkəzin direktoru təyin edilməsindən sonra müəssisənin tibbi təminat resursları və potensialını nəzərə almadan xəstə qəbulu sayını iki dəfəyədək artırması nəticəsində müəssisənin elektrik təsərrüfatının artıq yüklənərək sonda yanğına səbəb olmasına əsaslı şübhələr müəyyən edilib. Geri qayıt |