Əsas Səhifə > Güney Press > Sirkə turşusu içən "estetik" həkimin

Sirkə turşusu içən "estetik" həkimin


Bu gün, 11:35

Özünü “Dr. Gülü” kimi təqdim edən Abdullayeva Gülbadə Əliqismət qızının sirkə turşusu içərək intihara cəhd etdiyi iddia olunur.
TƏBİB-dən Bakupost.azn sorğusuna cavab olaraq bildirilib ki, dünən saat 21:00 radələrində 1991-ci il təvəllüdlü qadın halsızlıq və ürəkbulanma şikayətləri ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub:
“Tibb müəssisəsinin müvafiq şöbəsində ona zəruri tibbi xidmətlər göstərilib. Bir müddət sonra vəziyyəti qənaətbəxş qiymətləndirilən şəxs ambulator müalicə üçün evə buraxılıb”.
Qeyd edək ki, Gülbadə Abdullayevanın tibbi fəaliyyət üçün tələb olunan rəsmi lisenziya və diplom olmadan fəaliyyət göstərdiyi iddia olunurdu və bu məsələ ictimai müzakirələrə səbəb olmuşdu.
Yaxınlarının sözlərinə görə, son dövrlər o, müəyyən şəxslərin – xüsusilə özlərini jurnalist kimi təqdim edənlərin – davamlı təzyiqi və pul tələblərindən ciddi narahatlıq keçirirmiş.

Geri qayıt