Əsas Səhifə > Güney Press > Taleh Kazımov "Yelo Bank"a sanksiya məsələsinə aydınlıq gətirib
Taleh Kazımov "Yelo Bank"a sanksiya məsələsinə aydınlıq gətiribBu gün, 11:56 |
|
“Yelo Bank”la bağlı hər hansı problem görmürük. "APA-Economics" xəbər verir ki, bunu bu gün keçirdiyi mətbuat konfransında Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. O vurğulayıb ki, Avropa İttifaqının sanksiya paketinə “Yelo Bank”ın daxil edilməsi anlaşılmazlığın nəticəsidir: “Yelo Bank”ın Rusiya sisteminə qoşulması Rusiya-Ukrayna münaqişəsindən əvvələ təsadüf edib. O sistem də artıq bağlanıb. “Yelo Bank” həm likvidlik, həm də kapital adekvatlığı baxımından kifayət qədər dayanıqlıdır. Sadəcə bank tərəfindən ödənişlərdə hansısa çətinliklər ola bilər". O qeyd edib ki, səbəbləri araşdırmaq üçün müvafiq instansiyalara müraciət ediləcək. “Ümid edirik ki, növbəti aylarda Aİ qərarını dəyişəcək. Çünki bunun üçün səbəb yoxdur”, - AMB sədri əlavə edib. Geri qayıt |