Əsas Səhifə > Güney Press > Asif həkim dəfn edildi
Asif həkim dəfn edildiBu gün, 16:54 |
|
Aprelin 30-u Milli Onkologiya Mərkəzində törədilmiş partlayışda ağır xəsarət alan və mayın 5-i vəfat edən həkim-radioloq Asif Nəsirli bu gün Göyçayda dəfn olunub. “Qafqazinfo” xəbər verir ki, vida mərasimində mərhumun yaxınları, həkimlər, ictimaiyyət nümayəndələri iştirak ediblər. Xatırladaq ki, 1988-ci il təvəllüdlü Mübariz Əliyev qanunsuz olaraq əldə edib saxlayaraq gəzdirdiyi partlayıcı vasitəni MOM-un Radiologiya şöbəsində partladıb. Hadisə nəticəsində M.Əliyev vəfat etmiş, həkim A.Nəsirli isə ağır xəsarət almışdı.
Geri qayıt |