Əsas Səhifə > Güney Press > Biləsuvarda iki gənc bıçaqlanıb, birinin vəziyyəti ağırdır

Biləsuvarda iki gənc bıçaqlanıb, birinin vəziyyəti ağırdır


Bu gün, 07:52

Biləsuvarda iki gənc bıçaqlanıb, birinin vəziyyəti ağırdır.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə Biləsuvar şəhəri ərazisində qeydə alınıb.

Belə ki, Biləsuvar şəhər sakinləri – 2003-cü il təvəllüdlü Kənan Ramil oğlu Rəhimli və 2006-cı il təvəllüdlü Tərlan Niyaməddin oğlu Şahbazov bıçaqlanıblar.

Yaralılar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunublar. Boğaz nahiyəsindən ağır bıçaq xəsarəti alan K.Rəhimli dərhal reanimasiya şöbəsinə yerləşdirilərək əməliyyata götürülüb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Hadisənin hansı şəraitdə baş verdiyi araşdırılır. Faktla bağlı araşdırma aparılır.


Geri qayıt