Əsas Səhifə > Güney Press > Elçin Şıxlı İsmayıl Zalovun AJB-yə üzv qəbul edilməsindən danışdı

Elçin Şıxlı İsmayıl Zalovun AJB-yə üzv qəbul edilməsindən danışdı


Bu gün, 12:01

“Başım çıxmır, niyə hüquq müdafiəçisi İsmayıl Zalovun Azərbaycan Jurnalistlər Birliyinə üzv olması barədə müzakirə yaranır? İctimaiyyətin işi-gücü yoxdur? Üzv olmaq istəyirlərsə, gəlib olsunlar. Olmaq istəmirlərsə, getsinlər işlərinin arxasınca...”

Bu sözləri Pravda.az-a açıqlamasında Azərbaycan Jurnalistlər Birliyinin (AJB) sədri Elçin Şıxlı deyib.

Sədr bildirib ki, hüquq müdafiəçisinin yazısı yazırsa, məqalələrlə çıxış edirsə, Azərbaycan Jurnalistlər Birliyinə üzv ola bilər: “İsmayıl Zalov da yazır, məqalələrlə çıxış edir. Vacib deyil ki, peşəkar jurnalist olasınız. Nizamnaməyə görə, yazısı-pozusu olan adam yazılarını təqdim edir, Birliyə üzv olur. Burada heç bir problem yoxdur”.


Geri qayıt