Əsas Səhifə > Güney Press > Marukyanın Qarabağ arzusu
Marukyanın Qarabağ arzusuBu gün, 14:26 |
|
Nə qədər ki, sərhədlərin dəqiq xəritəsi təsbit olunmayıb və Qarabağ ermənilərinin hüquqları məsələsi həll edilməyib,
KONKRET.az xəbər verir ki, bunu mayın 7-də jurnalistlərlə görüşündə “İşıqlı Ermənistan” Partiyasının sədri, deputatlığa namizədlər siyahısına rəhbərlik edən Edmon Marukyan bildirib.
“Qarabağ yoxdursa, dəhliz də yoxdur”.
Partiya sədri hakimiyyət dəyişikliyi məsələsinə də toxunub və onların prinsipial mövqeyinin dəyişmədiyini deyib: “Nikol Paşinyan getməlidir”.
“Hakimiyyət dəyişməlidir və biz hər şeyi edəcəyik ki, iyunun 8-dən sonra parlament bir şəxsin iradəsinin yerinə yetirildiyi yox, peşəkar idarəetmə məkanına çevrilsin”, – deyə Edmon Marukyan bildirib.
Qeyd edək ki, rəsmi Bakı üçün Qarabağ məsələsi artıq bağlanmış mövzudur. Azərbaycan dəfələrlə bəyan edib ki, Qarabağ onun beynəlxalq səviyyədə tanınmış suveren ərazisidir və bu torpaqların bir millimetri belə heç kimə verilməyəcək.
Bu baxımdan Ermənistan müxalifətinin “Qarabağsız dəhliz olmaz” kimi ritorikası daha çox daxili auditoriyaya hesablanmış seçki şüarı kimi görünür. Reallıq isə ondan ibarətdir ki, regionda kommunikasiya xətlərinin açılması yalnız Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə hörmət əsasında mümkündür. Və nəticədə Edmon Marukyanun Qarabağ arzusu gözündə qalacaq. Geri qayıt |