Əsas Səhifə > Güney Press / Partiya > "Bu hədəfə necə nail olmaq mümkün olacaq?!"
"Bu hədəfə necə nail olmaq mümkün olacaq?!"Bu gün, 06:02 |
|
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov açıqlamasında bildirib ki, ərzaqlıq buğda istehsalının məhsuldarlığı (hər hektardan) 5 tona çatdırılacaq. Qeyd edək ki, ölkə miqyasında orta məhsuldarlıq təxminən 3 ton ətrafındadır. Nazir isə əlavə olaraq bildirib ki, əsas hədəfimiz Azərbaycanda buğda istehsalında məhsuldarlığı 3 tondan 5 tona yüksəltməkdir.
"DİA-AZ xəbər verir ki, nazirin sözügedən açıqlamasını şərh edən ReAL Partiyasının sədri Natiq Cəfərli "əla niyyətdir... yaxşıdır... olsun... deyərək maraqlı fikirlər səsləndirib. Cəfərli bildirir: "Amma, bunun üçün hansı addımlar atılacaq?! Bu hədəfə necə nail olmaq mümkün olacaq?! Bu suallara cavab yoxdur.
Dünyada hər hektardan məhsuldarlığa görə lider ölkələr var – məsələn, Almaniyada orta məhsuldarlıq 7,5 ton, Fransada 6,8 ton, Misirdə 6,4 ton, Çində 6 tona yaxındır. Rusiyada orta məhsuldarlıq hər hektardan 4 tona yaxındır.
Stabil olmasa da (hava şəraitinə çox bağlıdır) yüksək məhsuldarlığa nail olan ölkələr arasında Zambiya, Səudiyyə Ərəbistanı, BƏƏ də var. Yeni Zenlandiyanın bəzi bölgələrində hektardan 10 ton məhsul alınır, ortalama göstərici 5,9 ton olsa da, yüksək məhsuldarlıq olan ərazilər var.
Yaxşı, bizdə nə çatmır ki, uzun illərdir məhsuldarlıq çox aşağıdır? Orta məhsuldarlıq hər hektardan 3 ton belə deyil.
Nazir arzu-istəklərini dilə gətirməklə yanaşı, problemin həlli yollarını da göstərməli, bu haqda danışmalı, əsas da, iş görməlidir.
İnsan övladı 10-11 min il əvvəl yabanı taxılı əhliləşdirə bildi, Mesopatamiyada yeni növ yaratdı, yeni üsullarla taxıl ərsəyə gətirdi. Biz isə hələ də taxılla özümüzü təmin edə bilmirik, keyfiyyət aşağı, həcm isə azdır. Günü bu gün əmtəəlik taxılda 70-75% xaricdən asılıyıq. Belə..."
Geri qayıt |