Əsas Səhifə > Güney Press > Ukrayna ordusu Qroznıda hərbi hissələrə dron zərbəsi endirib

Ukrayna ordusu Qroznıda hərbi hissələrə dron zərbəsi endirib


Bu gün, 10:53

Ukrayna ordusu Rusiyanın Qroznı şəhərində hərbi hissələrə pilotsuz uçuş aparatları ilə zərbə endirib.

APA xəbər verir ki, Ukraynanın “Exilenova+” “Telegram” kanalı hücum anının əks olunduğu iddia edilən videogörüntülər yayıb.

Məlumata görə, ilk pilotsuz uçuş aparatı şəhərdəki 42-ci qvardiya motoatıcı diviziyasının ərazisinə düşüb.

Digər PUA-nın isə Federal Təhlükəsizlik Xidmətinin Çeçenistan Respublikası üzrə idarəsinin yaxınlığına düşdüyü, lakin hədəfə çatmadığı bildirilir.


Geri qayıt