Əsas Səhifə > Güney Press > 860 minlik ev cəmi 12 manata satılır
860 minlik ev cəmi 12 manata satılırBu gün, 12:34 |
|
Londonda yaşayan bir qadın milyonlarla dəyəri olan mənzilini qeyri-adi üsulla satışa çıxarıb. Musavat.com xəbər verir ki, təxminən 860 min manat dəyərində qiymətləndirilən ev üçün cəmi 12 manatlıq lotoreya biletləri satılacaq. Məlumata görə, Londonun Tottenham bölgəsində yerləşən ikiotaqlı mənzilin sahibi Gina Sapsted evi ənənəvi qaydada satmaq əvəzinə lotereya üsulunu seçib. İştirak edən şəxslərdən biri mənzilin yeni sahibi olacaq. Qalibə əlavə seçim də təqdim ediləcək. İstəyən şəxs mənzilin sənədini qəbul edə, yaxud onun əvəzinə 300 min funt sterlinq məbləğində nağd pul götürə biləcək. Bildirilir ki, əldə olunan gəlirin bir hissəsi evsiz insanlara yardım üçün xeyriyyə məqsədilə istifadə olunacaq. Ev sahibi bu qərarı Londonda mənzil qiymətlərinin və kirayələrin həddindən artıq artması ilə əlaqələndirib. Onun sözlərinə görə, gənclərin böyük hissəsi yaxşı gəlirə sahib olsa belə, ev almaqda çətinlik çəkir və o, kiminsə həyatını dəyişmək istəyir. Geri qayıt |