Əsas Səhifə > Güney Press > “Qarabağ”ın agentlərə xərclədiyi pul 14 dəfə artıb

“Qarabağ”ın agentlərə xərclədiyi pul 14 dəfə artıb


Bu gün, 15:44

“Qarabağ” futbol klubu ötən il üzrə maliyyə hesabatını açıqlayıb.
Yeniavaz.com
xəbər verir ki, “Qarabağ Futbol Klubu” MMC-nin (VÖEN – 9900020601) 2025-ci ildə xalis mənfəəti 10 milyon 22,9 min manat olub.
Qeyd edək ki, “Qarabağ Futbol Klubu” MMC 2024-cü ili 876,9 min, 2023-cü ili isə 1 milyon 782,3 min manat zərərlə başa vurmuşdu.
Məlumat üçün bildirək ki, ötən il “Qarabağ” klubunun ümumi gəlirləri 74,76 milyon manat təşkil edib ki, bu da 2024-cü illə müqayisədə 2 dəfədən çox artım deməkdir. Belə ki, 2024-cü ildə klubun gəlirləri 34,75 milyon manat olub.
Klubun bilet satışından əldə etdiyi gəlir 2 milyon 259,7 min manat, sponsorlardan əldə olunan gəlir isə 825,6 min manat olub. Gəlirlərin böyük hissəsini – 61,9 milyon manatını UEFA və AFFA-dan daxilolmalar təşkil edib.
Əldə olunan gəlirlərin təxminən yarısı – 35,35 milyon manatı əməkhaqqı və mükafatlara sərf olunub. Əməkhaqqı və mükafatlara ayrılan vəsait əvvəlki illə müqayisədə 14,7 milyon manat artıb. Klubun agentlərə (vasitəçilərə) ödədiyi vəsait isə əvvəlki illə müqayisədə 14 dəfə artaraq 1 milyon 596,5 min manata yüksəlib.


Geri qayıt