Əsas Səhifə > Gündəm / Manşet > 16 gün dənizdə işləyən işçilərə MEDİA ƏNGƏLİ...

16 gün dənizdə işləyən işçilərə MEDİA ƏNGƏLİ...


Bu gün, 08:27

Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri Mirvari Qəhrəmanlı dünən axşam saatlarına Neft Daşlarında çallışan işçilərdən birinə istinadla ilginc bir məlumatı paylaşıb. "DİA-AZ" olaraq tanınmış hüquq müdafiəçisinin paylaşımını olduğu kimi təqdim edirik:
"Neftçi yazır ki;
23 may 2025-ci il tarixində SOCAR Baş Ofisi və "İctimaiTV" əməkdaşlarinin Neft Daşlarina getmələri nəzərdə tutulur. Gəmi sahildən səhər saat 08:00 da hərəkətə başlayib 10:30 da Neft Daşlarına çatmalıdər.
Çəkilişə gələnlər gəmidən düşənə , avadanliqlarini düşürənə , yol gəldikləri üçün çaydan-çörəkdən dadana kimi , daha sonra çəkilişlərə hazırlıq-filan... bu da 4-5 saat vaxt aparacaq. Bu vaxta qədər 16 gün dənizdə işləyən işçilər bunları gözləməlidir.☝
Təklif:
Olmazmı ki, həmin nümayəndələr Neft Daşlarına Qara Qarayev gəmisi ilə gəlsinlər və işçilərin rahatlığını pozmamaq üçün MPK gəmisi ilə geridönüş etsinlər??
Məlumunuz olsun ki, həmin ✅MPK gəmisi Neft Daşlarından sahilə 7 saata gedir və elə də olur ki, işçiləri bu nəqliyyatla da aparıb gətirirlər. Və bizim şanlı media və Baş Ofisin işçiləri mavi Xəzərin göy sularında 7 saat "romantik səyahət"dən həzz alsınlar və həm də özlərini qısa müddətli də olsa bir neftci kimi hiss etsinlər!?
Çox xahis edirik bizim xətrimizə onlara da bu şəraiti yaradin, qoyun zövq alsinlar?..."
QEYD: Əgər əlavə hansısa problem çıxmayıbsa, artıq səfər başlayıb...

Geri qayıt