Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Müxalifətin Paşinyanı yola salmaq axtarışları

Müxalifətin Paşinyanı yola salmaq axtarışları


Dünən, 10:48
Müxalifətin Paşinyanı yola salmaq axtarışları
Ermənistan müxalifəti gələn il keçiriləcək parlament seçkilərində indidən hazırlaşmağa başlayıb.

Teleqraf xəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazır.

Erməni nəşrinin iddiasına görə, ayrı-ayrı müxalif siyasi qüvvələr aktiv formada yeni bloklar yaratmağa çalışırlar:

“Birinci prezident Levon Ter-Petrosyanın rəhbərlik etdiyi Erməni Milli Konqresi Partiyası fəallaşıb. İddiaya görə, sabiq prezidentin komandasında keçmiş Ombudsman Arman Tatoyanla əməkdaşlıq formatı tapmaq istəyi böyükdür. Hər iki tərəf inadla bu şayiələri təkzib etsə də, format ətrafında müzakirələr gedir. Hələlik razılaşma yoxdur.

Bir məlumata görə, Arman Tatoyan Serj Sərkisyanın Respublika Partiyası ilə sıx əlaqədə olduğundan birinci və üçüncü prezidentlər arasında müzakirələr gedir. İrəvanın keçmiş meri Hayk Marutyanı da öz sıralarına cəlb etmək istəyi var. Amma onun yaxın ətrafından bizə bildirilib ki, Hayk qarşıdan gələn seçkilərdə ayrıca iştirak etmək niyyətindədir. Amerikada yaşayan Vardan Qukasyanın partiyasının taleyi hələ də məlum deyil.

Seçkilərdə rusiyayönlü qüvvələrdən də rəqabətədavamlı blok iştirak etmək niyyətindədir. Bu düşərgə istisna etmir ki, Qaqik Sarukyanın “Çiçəklənən Ermənistan” Partiyası fəallaşacaq. Mümkündür ki, Sarukyan seçkilərə blok formatında qatılsın. Edmon Marukyanın “İşıqlı Ermənistan” Partiyası da müxtəlif məsləhətləşmələr aparır. Amma onun hansı alyansda yer alacağı hələ bəlli deyil”.

Seçkilər yaxınlaşdıqda sabiq prezidentlər Robert Köçəryan və Serj Sərkisyanın rəhbərlik etdiyi düşərgələr arasındakı dərin fikir ayrılıqları da diqqətdən yayınmır. Köçəryanın Sərkisyanın Baş nazir Nikol Paşinyanın impiçmenti layihəsinə dəstək verməməsi, tərəflər arasındakı gərginliyi açıq müstəviyə keçirib. Bundan başqa, sabiqlər arasına həll edilməsi mümkün görünməyən ciddi bir problem də var: baş nazirliyə namizəd. Hər iki düşərgə namizədin onun tərəfindən olmasını istəyir. Bütün bunlar hələlik tərəflər arasında seçkilərə vahid komanda şəklimdə gedilməsi məsələsini çözülməsi çətin tənliyə çevirib.

Baş nazir Nikol Paşinyan və partiyası “Vətəndaş Müqaviləsi”nə gəlincə, onlar seçkilərə yenilənmiş komanda ilə getməyi planlaşdırırlar. Qələbəsini bəri başdan qarantiyaya almaq istəyən baş nazirin seçki siyahısının böyük ölçüdə dəyişəcəyi gözlənilir. Qeyd olunur ki, Nikol Paşinyan bu dəfə dəfə də qərbpərəstlərə arxalanacaq.

Geri qayıt